Obama və Medvedev Qarabağdan danızıblar

img

12-07-2011 [10:48]


Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama arasında telefon söhbəti olub. Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər. Rusiya prezidentinin saytının verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbələri kimi Barak Obama və Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafıvndakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. ABŞ prezidenti rusiyalı həmkarının bu istiqamətdəki səylərini, xüsusilə, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün təşkilini yüksək qiymətləndirib. Həm Rusiya, həm də ABŞ tərəfi Bakı və İrəvan arasında problemin sülh yolu ilə həlli yollarının axtarışlarına yardım məqsədilə gələcəkdə də əlaqələndirilmiş addımların atılmasına əminliyini ifadə edib. Xatırladaq ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtona səfər edib. Səfər çərçivəsində Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təklifləri də müzakirə ediləcək. Sergey Lavrov Rusiya XİN-in Twitter-dəki səhifəsində yaxıb ki, Moskva Azərbaycan və Ermənistan prezidentlərinin cavabını gözləyir. ?Razılığa gəlmək vaxtıdır. Biz onların cavabını gözləyirik?, - nazir bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA