Bakıda ər-arvad hamamda yandılar

img

11-07-2011 [11:01]


Bakıda ər-arvad hamamda yanıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, dünən Sabunçu rayonu, balaxanı qəsəbəsi, ikinci mədən küçəsində yeni tikilidə yaşayan 43 yaşlı Qabil Sadıqov və onun həyat yoldaşı, 42 yaşlı Afidə Abbasova hamamda yanıblar. Onların hər ikisi 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Abbasova aldığı xəsarətlərdən xəstəxanada ölüb, Sadıqovun isə vəziyyəti ağırdır. Faktla bağlı Sabunçu rayon prokuroluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA