Keçmiz polis mayoru narkotacir çıxdı

img

26-07-2011 [01:20]


Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Qazax Rayon Polis Şöbəsinin Daşsalahlı Polis Bölməsinin təhqiqatçısı işləmiş polis mayoru Mirzəyev Rafael Kamandar oğlundan və onunla birlikdə olan Astara rayonunun Sərək kənd sakini Abdullayev Vahid İzzət oğlundan 4 kiloqram 125 qram həşiş qətranı götürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, toplanmış materiallar aidiyyatı üzrə istintaq aparılması üçün prokurorluq orqanına göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA