Azərbaycan Ukraynaya etiraz notası verib

img

08-07-2011 [06:55]


Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov məlumat verib. Notada qeyd olunub ki, Ukraynanın ?İmage? jurnalında çap edilmiş yazı Azərbaycanın tarixinə və ərazi bütövlüyünə qarşı yönəlmiş böhtan xarakteri daşıyır, bu cür yazıların dərc ediməsi yolverilməzdir. E.Poluxovun sözlərinə görə, eyni zamanda Ukraynadakı Azərbaycan səfirliyinə bu məsələni araşdırmaq və Ukrayna tərəfi ilə müzakirə etmək tapşırılıb. Ukraynanın beynəlxalq iş jurnalı ?Image? Ermənistanın Ukraynadakı səfirliyinin yardımı ilə xüsusi nömrə buraxıb. Buraxılış tamamilə Ermənistana və Dağlıq Qarabağ separatçı rejiminə həsr edilib, bununla yanaşı, Azərbaycan əleyhinə materiallar və saxtalaşdırılmış məlumatlar dərc olunub. Jurnalın naşirləri mətbu irqanın Ukrayna Prezidenti Administrasiyasının himayəsi ilə buraxıldığını iddia edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA