Anar Xəlilov: ?Şərq Tərəfdazlığı ölkələrindən Avropada təhsil alan ən çox tələbə Azərbaycandandır?

img

08-07-2011 [10:48]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvü, ?Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov iyulun 6-8 ?də Avropa Birliyi Şərq tərəfdaşlığı programı çərçivəsində Polşanın Varşava şəhərində keçirilən ?Şərq tərəfdaşı ölkələrində gənclərin hərəkətliliyi? adlı forumda iştirak edir. A.Xəlilovun verdiyi məlumata görə, forumda gənclərin daha aktiv təmsil olunduqları bir çox sahələr üzrə - təhsil, mədəniyyət, Avropa Birliyinin Gənclər Fəaliyyətdə programı üzrə ölkələrin iştirak səviyyəsi və s. müzakirələr aparılır: ?Eyni zamanda, bu forumda növbəti illər üçün gənclərin strateji iş planlarının müzakirəsi, təhsil programları və yeniliklər də Avropanın beynəlxalq təşkilatları ilə birgə müzakirə mövzusu oldu. Düşünürəm ki, bu Forumun müsbət faydaları, eyni zamanda gənclərin avrointeqrasiya prosesində aktiv iştirakını təmin etmiş olacaqdır. Bizim artıq ilkin uğurlarımız var. Belə ki, bu gün Şərq Tərəfdaşlığı ölkələrindən Avropanın ali təhsil ocaqlarında ən çox təhsil alan Azərbaycan tələbələridir. Bu isə ölkədə gənclərin Avropaya inteqrasiyasının ilkin müsbət nəticələrindən biri kimi dəyərləndirilə bilər?. Xatırladaq ki, Forum öncəsi hazırlıq may ayında Avropa Birliyi tərəfindən Moldovanın paytaxtı Kişnovda keçirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA