Urfada möhtəzəm ?Urfa-Kərkük? günləri keçiriləcək

img

08-07-2011 [01:21]


Azərbaycanda Anadolu mətbəxinin ilk elçilərindən biri olan, halal ticarəti ilə Bakının seçilən ?Büyükfırat? restoranlar şəbəkəsinin qurucusu, türk iş adamı Hüseyn Büyükfırat İraq-Türkiyə xalqlarının münasibəti üçün mühüm bir işə imza atıb. Türkiyənin ?Haber 7? kanalının verdiyi məlumata görə, H.Büyükfırat Kərkük ilə Urfanı qucaqlayacaq önəmli projeni həyata keçirəcək. Əslən Türkiyənin Urfa şəhərindən olan Büyükfırat 8-12 iyul tarixləri arasında Urfada keçiriləcək ?Birinci Urfa-Kərkük Mədəniyyət və Sənət günləri?nin keçirilməsinin təşkilatçısıdır. Büyükfırat Ailəsinin ev sahibliyi etdiyi Urfa-Kərkük Mədəniyyət-Sənət Günləri UrfaValiliği, Urfa Belediye Başqanlığı, Kanal Urfa, Urfa Yazıçılar Birliyi, Urfa Jurnalistlər Birliyinin dəstəyi ilə Türkmeneli Vəqfi Kültür Mərkəzi Başqanlığının ortaqlığı ilə reallaşacaq. Hüseyn Büyükfırat, Kərkükdə olarkən, Türkmeneli Mədəniyyət Mərkəzinin qurucusu Dr. Şəmsəddin Küzeci ilə tanış olduğunu və türkmənlərlə urfalılar arasında dostluğun inkişafı üçün işlər görmək, dostluq körpüsü qurmaq qərarına gəldiyini və bu səbəbdən də belə bir tədbirin keçirilməsini uyğun gördüyünü söyləyib. ?Qardaşlıq bayramı? adlanan tədbirlər çərçivəsində sərgilər, görüşlər, konfranslar, konsertlər və sıra gecələri reallaşdırılacaq. Dos. Dr. Mehmet Çelik başda olmaq üzrə bir çox məşhur siyasətçi və elm adamını bir araya gətirəcək Mədəniyyət və Sənət günlərinə, Şanlıurfa və ətraf Türkiyə şəhərləri ilə yanaşı,Kərkük, Erbil, Tazehurmatu, Dakuk, Telafer və Tuzhurmatudaki qeyri-hökumət təşkilatlarının nümayəndələri, sənətçilər, şairlər, media mənsubları və din xadimləri iştirak edəcək. Hüseyn Büyükfırat bu tədbirin tarixçəsi barədə isə bunları söyləyib: "İraq ilə Türkiyə xalqları arasında mədəniyyət baxımından böyüklər fərqlər yoxdur. Bizim qohumluğumuzla yanaşı Fırat üzərindən də qardaşlığımız var. Hz. Əlinin övladlarından əsirgənən Fırat Çayının suyundan bizim böyüklərimiz belə su içmək istəməzdilər. Biz elə həssas bir mədəniyyətin övladlarıyıq. Şimali İraqa getdiyimdə həmişə Kərkükü görmək istəmişəm. Oradakı insanların çəkdiyi həsrəti gördüyümdə belə bir qardaşlıq bayramının keçirilməsinin lazım olduğunu düşündüm. Türkmeneli Mədəniyyət Mərkəzi Fondu qurucusu Dr. Şəmsəddin Küzeci ilə danışdım. Onun İraqdakı, bizim Türkiyədəki fəaliyyətimizin nəticəsində belə bir tədbir reallaşdı. Mən çox gözəl və bərəkətli bir şənlik olacağına və gələcəkdə daha gözəl və görkəmli olaraq bu şənliklərin davam edəcəyinə inanıram. Çünki bizlər ayrı torpaqlarda bənzər qədərləri yaşayan ağrılı xalqların uşaqlarıyıq". Urfada 8-12 iyul tarixləri arasında reallaşacaq 1. Urfa-Kərkük Mədəniyyət və Sənət Günlərinə imkanı olan hər kəsi dəvət edən Büyükfırat, "şənliklərə qatılanlar Balıklı göldən tutmuş Şanlıurfanın bir-birindən gözəl məkanlarında, bir-birindən gözəl və anlamlı fəaliyyətlərə qatıla biləcəklər. Şəkil və kitab sərgilərinə, konsertlərdən sıra gecələrinə və konfranslardan açıq müzakirələrə qədər bir çox tədbirdə iştirak edə biləcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA