Said Dadazbəyli prezidentə müraciət etdi

img

07-07-2011 [10:05]


Penitensiar xidmətinin 15 saylı CÇM-ə cəza çəkən məhkum Said Ələkbər oğlu Dadaşbəyli Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu Əliyevə müraciət edib. Surəti: Azərbaycan Respublikası Ədliyyə Naziri Məhkəmə-Hüquq Şurasının sədri Cənab F. Məmmədova, Surəti: IIR-nın Azərbaycandakı fövqəladi və səlahiyyətli səfirinə, Surəti: Kütləvi İnformasiya Vasitələrinə Cənab Prezident! Artıq bir neçə dəfədir ki, Sizə müraciət edir və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun sədrliyi ilə qəbul edilmiş A- 1077 saylı 10 dekabr 2007-ci il tarixli hökmün saxta və mövcud olmayan hallar əsasında çıxarılması barədə məlumat verirəm. Qeyd edim ki, bütün müraciətlər hələlik nəticəsiz qalır, hakim Ə. Seyidovun qanunsuz əməllərinə hüquqi qiymət verən tapılmır. Müraciətimi KİV-in səhifələri vasitəsilə Sizə ünvanlandırdığımı əsas tutaraq, geniş oxucu kütləsində aydınlıq olsun deyə özüm haqqında qısa məlumat vermək istəyirəm. 1975-ci ildə Bakı şəhərində doğulmuş, Avropada təhsil almış, sadə Azərbaycanlıya xas olan müsbət keyfiyyətli xüsusiyyətləri özündə birləşdirən insan olaraq, ailəliyəm, iki az yaşlı övladım var. Bu sadalanan hallar mənim həyatımın reallığıdır, lakin A- 1077 saylı 10 dekabr 2007-ci il tarixli Bakı Ağır Cinayətlər məhkəməsinin hakim Ənvər Seyidov tərəfindən qəbul edilən hökmü əsas götürərək, mən Dadaşbəyli Said 2006-cı ilin axırları və 13 yanvar 2007-ci il tarixinə qədər Azərbaycan Respublikası Prezidenti olmuş və bu səlahiyyətləri Azərbaycan Respublikasının CM-nin 278 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməklə, dövlət çevrilişi yolu ilə ələ keçirtmişəm. İlkin baxışdan və yazılar absurd bir görüntü yaradır, lakin Ənvər Seyidovun sədrliyi ilə qəbul edilmiş 13 dekabr 2007-ci il tarixli hökmü Azərbaycan Respublikası adından qəbul edilir və normativ akt olaraq bu gün yuxarı məhkəmələr tərəfindən ləğv edilməmişdir.Mən ötən müraciətimdə Zati aliləri, Sizə Azərbaycanda baş vermiş dövlət çevrilişi barəsində yazmış və CM-nin 278- ci maddəsi ilə xitamlanan bu əməl haqqında məlumat vermişdim. Hazırki müraciətimdə isə Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, biz 15 nəfər necə dövlət çevrilişi həyata keçirib, Sizi 2006-cı ilin axırından 13 yanvar 2007-ci il tarixinə qədər hakimiyyətdən uzaqlaşdıran gənc insanlar hakim Ənvər Seyidovun uydurmaları əsasında hansı formada Vətənimiz Azərbaycana xəyanət etmiş, yəni Azərbaycan Respublikasının CM-nin 274-cü maddəsində nəzərdə tutulan cinayət xarakterli əməlləri törətmişik. Zati ? Aliləri! Azərbaycan Respublikasının CM-nin 274 ?cü maddəsində təsbit olunur ki, dövlətə xəyanət yani Azərbaycan Respublikası suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq, Azərbaycan Respublikası vətəndaşı tərəfindən qəsdən törədilən əməli: düşmən tərəfinə keçənə cəsuzluq, dövlət sirri xarici dövlətə vermək və s. əməllər dövlətə xəyanət kimi qiymətləndirilir. Qanunda dəqiq olaraq bu cür cinayət əməlinin xarakteristikası verilsədə, mənimlə birlikdə həbs olunmuş 14 nəfər insanların əməllərini araşdırmağa cəhd etmək istəyirəm. Bu halda biz təqsirli bilinirik ki, mənimlə tanış olan Ceyhun Əliyev və ya Cahangir Kərimov İran İslam Respublikasına gəlmiş və bu zaman təsadüfən bu insanlar İran İslam Respublikasının Xüsusi Xidmət Orqanı olan Sepahın əməkdaşı Vahid və Əkbər adlı şəxslərlə tanış olmuş və onlardan Azərbaycan Respublikası ərazisində yerləşən xarici dövlətlərin, səfirlik, şirkətlər, Bakı-Tbilisi Neft kəmərinin çəkilmə marşurutu kimi quya tapşırıqlar almışdlrlar və bu xidmət müqabilində 3500 ABŞ dolları pul almışdırlar. Özlüyümdə bu ittiham və istintaq prosesində nədə məhkəmə prosesində heç bir sübut-fakta söykənmir.İstintaqın uydurmaları hakim Ənvər Seyidov tərəfindən araşdırılmadan bizi təqsirli bilmiş, hətta Azərbaycan Respublikasının CPM-nin 200-cü maddəsini əsas tutaraq dövlət sirrinin yayılmaması adı altında qapalı məhkəmə iclası keçirilməsi qət edilmişdir. 13 yanvar 2007-ci il tarixinə qədər qanunsuz olaraq bizim telefon danışıqlarımız izlənmişdir və istintaq orqanı məhs bu telefon danışıqlarını əsas tutaraq, bizim dövlətə xəyanət kimi xüsusilə Ağır Cinayətdə ittiham etmişdi. Lakin məhkəmə prosesində hakim Ənvər Seyidov tərəfindən telefon danışıqları müzakirə predmeti olmur, bizim və müdafiəçilərimizin tələblərimizə baxmayaraq, dövlətə xəyanət epizodunun əsası qəbul edilmiş telefon danışıqları məhkəmə prosesində müzakirə olunmasada, lakin hakim Ənvər Seyidov tərəfindən bizə cəza təyin edilərkən, adı çəkilən hökmün əsaslandırılması zamanı sübut kimi qiymətləndirilmişdir. Cənab Prezident! 80 million əhalisi olan İran İslam Respublikasında yüz minlərlə Vahid və Əkbər adlarının daşıcıyısı mövcuddur. İstintaq fiziki təzyiqlər altında müstəntiqlər tərəfindən uydurma izahatlara insanlara imza edilmiş və sonradan bu izahatları sübut kimi məhkəməyə ittiham aktı formasında təqdim edilmişdir. Lakin məhkəmə bütün bu hallara, haqsızlıqlara son qoymaq əvəzinə, saxta ittiham aktını təstiq edən notarius funksiyasını yerinə yetirmişdi. Bu epizod üzrə hakim Ənvər Seyidov heç bir məntiqə sığmayan uydurma hallara sübut donu geyindirməyə cəhd etsədə, hakimin bu cəhdləri baş tutmayır, beləki Vahid və Əkbər adlı şəxslərin İran İslam Xüsusi Xidmət Orqanlarının əməkdaşı olması fikri o dərəcədə qeyri-peşəkar formada uydurulmuşdur ki, uşaqlar üçün nəzərdə tutulan ?Cırtdan? nağılının qəhrəmanı Vahid və Əkbər adlı şəxslərə bağlı olan uydurmadan daha ciddi görünür.Məsələnin mahiyyəti aşağıdakılardan ibarətdi: 2006-cı ilin yay ayında quya mən, Ceyhun və Cahangir adlı tanışlarımı İran İslam Respublikasına göndərir və bu insanlar təsadüf nəticəsində Vahid və Əkbər adlı şəxslərlə rastlaşır. Bu təsadüfi tanışlıq əməkdaşlığa çevrilir. Ceyhun və Cahangirə təlim keçirilir. Sonradan məlum olunur ki, Bakıda Ceyhun və Cahangirində üzv olduğu gizli təşkilat var və mən Dadaşbəyli Said quya bu təşkilatın rəhbəriyəm. Bundan Sonra iki dəfə Ceyhun və Cahangir İran İslam Respublikasında olur, hər iki halda xüsusi xidmət orqanların əməkdaşları Bakıda yerləşən səfirliklərin, Bakı-Ceyhan neft kəmərinin və s vacib obyektlərin foto şəkillərini çəkdirməyi tapşırır və 3500 ABŞ dolları bir halda, 3500 ABŞ ikinci halda pul ödəyirlər. Sonradan məlum olur ki, hər iki halda alınan pul məbləği mənə verilməyib, Ceyhun və Cahangir tərəfindən ?mənimsənilib?. Zati ?Aliləri! Bizim dövlətə xəyanət kimi xüsusilə Ağır Cinayətdə təqsirli bilinməyimizin səbəbi yuxarıdakı yazılardan ibarətdir. Məhkəmə də bizim və müdafiəçilərimizin qaldırdığı aşağıdakı suallara cavab tapılmır, lakin təqsirli bilinirik. ____________ Hansı səbədən İran İslam Respublikasının Xüsusi Xidmət Orqanları təsadüf nəticəsində tanış olduğu xarici vətəndaşlara inanır və dərhal onlara təlim keçirirlər? ____________ 2006-cı ilin ikinci yarısı ərzində yaranmış tanışlıq ( bizi 13 yanvar 2007-ci ildə həbs ediblər) çox qısa müddət ərzində etibarlı əməkdaşlığa çevrilməsi nə dərəcədə məntiqlidir? ____________ Ceyhun və Cahangir vasitəsilə Vahid və Əkbər məlum oldu ki, onları Bakıda birləşdirən gizli təşkilat var və onun rəhbəri Said Dadaşbəylidir. Heç bir əlaqə olmadan xüsusi xidmət orqanları mənə etibar edir, əmək haqqı verir və sonradan məlum olur ki, Ceyhun və Cahangir pul məbləğini mənə verməyiblər, buna baxmayaraq yenə bu insanlara inanır və əməkdaşlıq edirlər. ______________ Çox maraqlı məqam bundan ibarətdir ki, bütün telefon danışıqlarını qanunsuz izləyən istintaq bir dəfə belə mənə Ceyhuna, Cahangirə məxsus telefon nömrələri 0556774370, 0505065559 Vahid və Əkbərə məxsus +989141143042, +989122894772 mobil telefonlara və ya bunun əksi telefon zənglərini əldə edə bilməmişdir. Vahid və Əkbərin özləri uydurma olduğu kimi, onların telefon nömrəsidə uydurmadır. Bu faktı sübuta yetirmək üçün Zati-Aliləri Sİzə həmçinin mənim hüquqlarımın müdafiəsi ilə məşğul olan QHT-a müraciət edir və aşağıdakı suallara cavab tapılmasında Sizin yardımınıza ehtiyacımız var: _______________ Böyük səlahiyyət hakimi olan hakim Ənvər Seyidov- Vahid və Əkbər adlı şəxslərə məxsus olan telefon nömrələrinin həqiqətən onlara məxsus olmasını təstiq edən hər hansı bir sübuta malikdirmi? ______________ Hansı maddi sübut növü iş materiallarında mövcuddur ki, hakim Ənvər Seyidov bu maddi sübuta əsaslanıb iddia edib ki, Vahid və Əkbər adlı şəxslər bizimlə hansısa əlaqəsi olmuş və bu insanlar İran İslam Respublikasının Xüsusi Xidmət Orqanlarının əməkdaşlarıdır. Bu məqamda fikirləşirəm ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən təvəqqem ondan ibarətdir ki, İran İslam Respublikasının ərazisində fəaliyyət göstərən rabitə orqanlarına rəsmi müraciət etməklə, Vahid və Əkbər telefon nömrələrini mövcud olub olmaması, əgər mövcuddursa kimə məxsus olması barədə məlumatın əldə edilməsinə mənə yardımçı olsunlar. Möhtərəm Prezident! Ali təhsilli bir insan olaraq, mən qanunun düzünə göstərişi olan aşağıdakı faktı bilirəm. Qanunsuz məhkumluğumla bağlı yuxarı məhkəmə orqanlarına müraciət etmək. Nəzərinizə çatdırım ki, mənim Azərbaycan Respublikası məhkəməsinin qərarlarından yazdığım şikayət haqqında Avropa İnsan Hüquqları üzrə məhkəməsində baxış mərhələsindədir. Sizə edilən müraciətimin məqsədi mənim qanunsuz həbsimi müzakirə etmək yox, məhkəmə prosesi zamanı hakim Ənvər Seyidovun qərəzli olaraq törətdiyi maddi və prosessusal hüquq pozuntularına qiymət verilməsidir. Sizə ünvanlandırdığım müraciətlər araşdırılması üçün Baş Prokurorluğa göndərilir. Baş Prokurorluq isə müraciətlərimi araşdırmır, qanunsuz həbsimlə bağlı məhkəməyə müraciət etməyimi göstərməklə məhsuliyyətə cəlb edilməsi insanlar barəsində araşdırmalar aparmır. Müraciətdə qaldırdığım sualların obyektiv araşdırılmasına Zati- Aliləri göstəriş verməyinizi Sizdən təvəqe edirəm. Böyük ümüdlərlə, Said Dadaşbəyli

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA