Ombudsman Ramil Usubova müraciət edib

img

22-06-2011 [01:04]


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 19 iyun 2011-ci il tarixdə baş vermiş aksiya zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə başçəkmə həyata keçiriblər. Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidmətindən bildirilib. Araşdırma zamanı məlum olub ki, İHSM-də 5 nəfər aksiya iştirakçısı saxlanılır. Saxlanılan şəxslər orada saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər. Eyni zamanda onlardan 2-si aksiya zamanı polis avtomobilinə mindirilərkən kobud rəftara məruz qaldıqlarını bildirib. Ombudsman Azərbaycan Respublikasının daxili işlər nazirinə məktubla müraciət edərək, başçəkmə zamanı saxlanılmış şəxslərdən alınmış məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib. Qeyd edək ki, ümumilikdə Bakıda icazəsiz etiraz aksiyasının 23 iştirakçısı saxlanıb. Bu barədə Bakı Baş Polis İdarəsinin və şəhər prokurorluğunun birgə məlumatına qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA