Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

img

06-07-2011 [11:33]


?Azərbaycan Hava Yolları?na (AZAL) aid təyyarə Əfqanıstanda qəzaya uğrayıb. Bu barədə ?RİA-Novosti? agentliyinə Əfqanıstanın dövlət aviaşirkəti ?Ariana?nın nümayəndəsi məlumat verib. Onun sözlərinə görə təyyarə paytaxt Kabuldan şimalda yerləşən Pərvan əyalətində qəzaya uğrayıb. Şirkət nümayəndəsinin sözlərinə görə, təyyarə qəzası çərşənbə günü təxminən saat 22:00-da Siyah Gərd yaşayış məntəqəsinin Kurbənd qəzasında baş verib. "İndiyədək təyyarənin düşdüyü yer müəyyən olunmayıb. Axtarışları yerli polis və ordu bölmələri aparır",-deyə "Ariana"nın nümayəndəsi ?RİA-Novosti?yə məlumat verib. Qəzaya uğramış təyyarənin ekipajının taleyi barədə hələlik məlumat daxil olmayhıb. ?Assoşeyted Press? agentliyi Kurbənd qəzasının hökümətinin saytına istinadən bildirib ki, təyyarənin düşdüyü yerdə yanğın baş verib. Bununla yanaşı, Əfqanıstandakı ABŞ-ın koalisya qüvvələri və onların Əfqanıstandakı müttəfiqi olan mayor Tim Ceymsin agentliyə verdiyi məlumat görə, təyyarə dağa 3.8 metr hündürlüyündə çırpılıb. "İlkin məlumata görə, Əfqanıstanın Parvan əyalətində qəzaya uğrayan təyyarə Azərbaycanın "Silkway" aviaşirkətinə məxsus yük təyyarəsi olub". Bu barədə ANS PRESS-ə Azərbaycanın eyni zamanda Əfqanıstanda akreditə olunmuş Pakistan İslam Respublikasındakı səfirliyinin konsulluq şöbəsindən məlumat verilib. "Qəza dünən axşam baş verib. Məlumata görə, təyyarədə 9 heyət üzvü olub. Onların yarısı Azərbaycan, yarısı isə Özbəkistan vətəndaşıdır. Onların taleyi barədə məlumat yoxdur. Səfirlik bu istiqamətdə araşdırmalar aparır", deyə qeyd olundu. Qeyd edək ki, Ria "Novosti" agentliyi Əfqanıstanın Parvan əyalətində Azərbaycan Hava Yollarına (AZA) məxsus nəqliyyat təyyarəsi (paytaxt Kabildən şimalda) qəzaya uğraması barədə məlumat yayıb. Agentliyin məlumatına görə, bu barədə Əfqanıstanın "Ariana" dövlət aviaşirkətinin nümayəndəsi bildirib. Hadisə iyulun 5-də saat 22:00 radələrində Kurband qəzasının Siyax Qerd yaşayış məntəqəsində qeydə alınıb. Hələlik təyyarənin düşdüyü yer müəyyənləşdirilməyib. Yerli polis və ordu hissələri onun axtarışına səfərbər edilib. Təyyarənin heyət üzvlərinin taleyi haqda məlumat yoxdur. *** ?Assosiated Press? agentliyinin məlumatına görə, təyyarənin qəzaya uğradığı ərazidə möhkəm yanğın əmələ gəlib. ABŞ Əfqanıstanda olan hərbi qüvvələri və onların müttəfiqləri olan Böyük Britaniya qoşunlarının ingilis mayoru Tim Ceymsin məlumatına görə, təyyarə 3,8 min metr yüksəklikdə dağa çırpılıb. Mayorun verdiyi məlumata görə, təyyarənin qəzaya uğradığı ərazidə aktiv hərbi əməliyyatlar keçirilmirmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA