Nemət Pənahlının ailəsi onunla görüzə bilməyib

img

08-07-2011 [05:56]


Bakı İstintaq Təcridxanasında cərimə kamerasına (karser) salınan xalq hərəkatı fəalı Nemət Pənahlının karserdə qalma müddəti bu gün bitsə də, ailəsi onunla görüşə bilməyib. Bu barədə ?Qafqazinfo?ya Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib. O, bildirib ki, onlar bir neçə gün müntəzəm olaraq İstintaq Təcridxanasının rəisi Elxan Sadıqovla görüşüblər və o Nemət Pənahlı ilə bu gün görüşmək üçün icazə verib. Lakin Pənahlının ailəsini qapıdan içəri buraxmayıblar. Həcər Pənahlı qeyd edib ki, qapıçıdan apardıqları yeməyi Pənahlıya verməyi xahiş edib. Yeməyi aparan qapıçı onu qaytarıb və Pənahlının yeməkdən imtina etdiyini bildirib: ?Necə olur 6 aydır biz yemək aparırıq imtina etmirdi, indi edir? Biz bilmirik ya aclıq aksiyasına başlayıb, ya da elə hala salıblar ki, heç yemək də yeyə bilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA