NATO baz katibinin xüsusi nümayəndəsinin Azərbaycana səfəri bazlayıb

img

05-07-2011 [01:34]


NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfəri başlayıb. Ceyms Appaturay Bakıda Xarici İşlər, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, eləcə də ?Fərdi tərəfdaşlıq planı?nın (İPAP) həyata keçirilməsinə cəlb edilmiş digər yüksək rütbəli rəsmilərlə görüşəcək. Azərbaycan NATO ilə İPAP çərçivəsində 2005-ci ildən əməkdaşlıq edir. Bundan başqa, xüsusi nümayəndə Bakıda keçirilən NATO-Azərbaycan Beynəlxalq Məktəbinin ?Yaxın Şərq problemi: Təhlükəsizlik və Demokratiya? adlı (?The Middle East Puzzle: Security and Democracy?) yay sessiyasında çıxış edəcək. Səfər iyulun 6-da başa çatacaq. Bu, Ceyms Appaturayın NATO-nun xüsusi nümayəndəsi kimi Azərbaycana ilk səfəridir. O, əvvəllər Alyansın rəsmi nümayəndəsi vəsifəsini tutub və ötən ilin noyabrında vəzifəsi dəyişdirilib. Xatırladaq ki, C. Appaturayın Bakıya səfəri bu il iyunun 10-na planlaşdırılsa da, Brüssel hava limanında işçilərin gözlənilməz tətili ilə əlaqədar baş tutmamışdı. Bundan əvvəl isə səfər mart ayına planlaşdırılmışdı. Lakin Liviyada iğtişaşlar və NATO-nun bu ölkənin mülki əhalisinin müdafiəsi ilə bağlı tədbirlər görməsi üzündən Ceyms Appaturay Azərbaycana gələ bilməmişdi. Ceyms Appaturay Şimali Atlantika Alyansının keçmiş xüsusi nümayəndəsidir. O, ötən ilin noyabrında qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA