Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilir

img

05-07-2011 [12:30]


Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakilə Dünya Azərbaycanlılarının III Qurultayı başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən verilən məlumata görə, qurultaya 1272 nümayəndə seçilib. Tədbirdə dünyanın 42 ölkəsindən 580 nümayəndə, 210 qonaq, eləcə də çoxlu sayda xarici siyasətçi, rəsmi şəxs, deputatlar, alimlər və ictimai xadimlər iştirak edir. Toplantıda prezident İlham Əliyevin çıxış edəcəyi gözlənilir. Xatırladaq ki, Azərbaycanın diaspora təşkilatları öz fəaliyyətlərini dünya azərbaycanlılarının xartiyasına müvafiq qururlar. Qurultayda ötən müddət ərzində diaspora təşkilatlarının gördüyü işlər barədə hesabatlar veriləcək, əldə edilən uğurlar və problemlər müzakirə olunacaq. Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı Prezident Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. İkinci qurultay isə artıq İlham Əliyevin prezidentliyi dövrünə, 2006-cı ilə təsadüf edib. Sonuncu qurultaydan bəri dünya azərbaycanlılarının fəaliyyəti də məhz ümumilli məsələ olan, Dağlıq Qarabağ münaqişəsi ətrafında birləşməyə hesablanıb. Ötən qurultaydan bu yana ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib ki, bununla da onların ümumi sayı hazırda 450-yə yaxındır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA