Partiya sədri Metyu Brayzaya Müstəqillik Günü ilə əlaqədar müraciət etdi

img

04-07-2011 [02:52]


4 iyul ABŞ-nın Müstəqillik Günü ilə əlaqədar Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan sözügedən ölkənin Azərbaycandakı Böyük Elçisi Metyu Brayzaya təbrik məktubu göndərib. Məktubda deyilir:? Biz bilirik ki, 4 iyul 1776-cı ildə Filadelfiya şəhərində ABŞ-ın müstəqilliyi haqda deklorasiya qəbul edilməsi tarixi hər bir ABŞ vətəndaşı üçün əzizdir və bu münasibətlə təmsil etdiyiniz ölkənin vətəndaşlarını, rəhbərliyini, rəhbərlik etdiyiniz Elçiliyin əməkdaşlarını və şəxsən Sizi təbrik edirəm. ABŞ-na siyasi və iqtisadi həyatda yeni uğurlar arzulayır, bu uğurların sizin dövlətdə yaşayan türk kökənli ABŞ vətəndaşlarının, o cümlədən bu torpaqların aborigen tayfası olan qızıldərili adlandırılan türk xalqının həyatında öz əksini tapacağına inamımı ifadə edirəm. Siz 4 iyul Müstəqillik Günü ilə bağlı açıqlamanızda ölkənizin Azərbaycanla münasibətlərdə 3 strateji prioritetinin(təhlükəsizlik, energetika, daxili islahatlar) olduğunu bir daha xatırlatmısınız. Bu istiqamətləri biz də vacib əhəmiyyətli hesab edirik və dəstəkləyirik, bununla belə bir dövlətin başqa bir dövlətdə daxili islahat istəyini türk millətçisi olaraq normal qarşılamırıq. Eyni zamanda öz hökumətinizə bizim-Azərbaycan türklərinin də ABŞ-la münasibətlərdə 3 strateji prioriteti olacağını çatdırmağı Sizdən xahiş edirik. İlk prioritetimiz Amerikanın Qarabağ və ətrafındakı türk torpaqlarının Ermənistan tərəfindən işğalına, ölkəmizin təcavüzə məruz qalmasına münasibətidir. ABŞ təcavüzkar dövlətlə münasibətlərinə yenidən baxmalı, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması və Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kim ədalətli mövqe tutmalıdır. İikinci prioritetimiz İran adlanan dövlətdə yaşayan və faktiki milli çoxluq olan Güney Azərbaycan türklərinin milli və insani haqqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirilməli, türk millətinin maraqları gözardı edilməməlidir. Təkcə rejimin dəyişməsinə hesablanan, İran adlanan dövlətin bütövlüyünün saxlanmasına yönəlik siyasətə son qoyulmalıdır. Üçüncü strateji prioritet uydurma ?erməni soyqırımı? məsələsi ilə qardaş Türkiyə və Azərbaycan dövlətlərinin siyasi şantaj edilməsinə imkan verməməli, bu məsələ biryolluq tarixin arxivinə atılmalıdır. Xocalıda törədilmiş qətliam və soyqırım faktına rəsmi münasibət bildirməlidir. İnanıram ki, bizim prioritetləri səmimi qəbul edib, Azərbaycan-ABŞ münasibətlərinin inkişafında müstəsna əhəmiyyətə malik olduğunu öz hökumətinizin nəzərinə çatdıracaqsınız. Təəsüf edirəm ki, bu fikirləri müəyyən səbəblərdən Quzey Azərbaycan Respublikasının mövcud hakimiyyəti ifadə etmir, belə durumda bu vəzifə ölkədə milli mövedən çıxış edən siyasi qüvvələrin üzərinə düşür. Bu mövqenin təkcə bir partiyanın deyil, 50 milyonluq Azərbaycan türklərinin maraqlarını ifadə etdiyini diqqətə alacağınıza ümid edirəm. Sonda bir daha xalqınızı 4 iyul Müstəqillik Günü münasibətilə təbrik edir, yeni-yeni nailliyyətlər arzulayıram. Şəxsinizə Azərbaycan-ABŞ münasibətlərinin inkişafında başarılar diləyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA