Azərbaycan-iran sərhədində atızma, bir sərhədçimiz həlak olub

img

04-07-2011 [01:29]


Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, iyulun 3-də saat 13.15 radələrində Yardımlı rayonunun Arvana kəndi ərazisində silahlı şəxslər İrandan sərhədi qanunsuz keçməyə cəhd ediblər. Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant Rüfət Quliyev ağır güllə yarası alıb, zastavaya təxliyə edilən zaman yolda keçinib. Dövlət sərhədinin pozulmasının qarşısı alınıb, silahlı şəxslər İran İslam Respublikasına qaçıblar. Baş vermiş hadisə ilə əlaqədar əməliyyat-istintaq tədbirləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA