Bölmə rəisi ekspertiza rəyini niyə gizlədir?

img

30-06-2011 [03:11]


YAP-çı iş adamının bıçaqlanması ilə bağlı ekspertiza rəyi Qaradağ rayon 38-ci Polis Bölməsinin rəisi Nəsib Məmmədov ?əngəl?inə ilişib Redaksiyamıza ?Gülbaxt? Daş Karxanası ilə bağlı qalmaqalla əlaqəli yeni məlumat daxil olub. YAP üzvü olan Akif Məmmədovun ailə üzvlərindən Cəmil Fərzullayevin verdiyi məlumatda deyilir ki, eks-spiker Rəsul Quliyevin yaxın qohumu Ramil, ?Quska? ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin adamları, Rusiyada yaşayan ?reket?lərdən Əlizamin və Əlövsət Orucov tərəfindən vəhşicəsinə döyülərək bıçaqlanan Akif Məmmədovla bağlı ekspertiza rəyi iyun ayının 27-də Qaradağ rayon 38-ci Polis Bölməsinə göndərilib. Ancaq bölmənin rəisi Nəsib Məmmədov bu Akif Məmmədovun ekspertiza rəyini bəhanə edərək yubatdığı şikayət işinə baxmaq istəmir. Akif Məmmədovun ailə üzvləri Nəsib Məmmədovun ekspertiza rəyini gizlətməkdə məqsədini öyrənmək istəyirlər: ?Əgər 27 iyunda gələn ekspertizadan hələ də Nəsib müəllimin xəbəri yoxdursa, bunun özü belə başadüşülən vəziyyət deyil. Polis bu işə baxmadıqca, kriminal ünsürlər daha da aktivləşiblər. Əlövsət Orucov və digər reketlər hər gün A.Məmmədova müxtəlif yollarla təzyiq edərək, şikayətini geri çəkməyini tələb edirlər. Ancaq Akif Məmmədov cinayətkarların cəzalanmasında və cəmiyyətimizin kriminal ünsürlərdən təmizlənməsinin tərəfdarıdır. İnanmaq istəyirik ki, polisdən fərqli olaraq qaldırılan cinayət işini araşdıran Qaradağ rayon prokuroru Fəxrəddin Pənahov məsələyə obyektiv yanaşacaq və haqq nazilsə də üzülməyəcək?. Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA