Rəsul Quliyevlə ?Quska?nın adamları iz adamını bıçaqladı

img

24-06-2011 [03:48]


Ayın 11-də YAP üzvü olan Akif Məmmədov eks-spiker Rəsul Quliyevin yaxın qohumu Ramil, ?Quska? ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin adamları, Rusiyada yaşayan ?reket?lərdən Əlizamin və PSS Mühafizə Xidmətinin rəisi İntiqamın özü və dəstəsi tərəfindən vəhşicəsinə döyülərək bıçaqlanmışdır(yenicag). Polis rəisi İntiqam Mirsalayevin himayə etdiyi, ?KRAZ? markalı maşınla 2009-cu il 1 fevral tarixində 22 yaşlı Cəlilabad rayon Köyüzbulaq kənd sakini Malik Niftullayevin üzərinə daşları tökərək qəsdən öldürsə də cəzasız qalan Əlövsət Orucov və reket Əlizamin Akif Məmmədova iki ağır bıçaq zərbəsi vurmuş və nəticədə Akif Məmmədov ağır yaralı halda 1 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılmışdır. Bu barədə edilən şikayətlərimiz İntiqam Mirsalayevin şəxsi biznes maraqları ilə uyğun gəlmədiyindən qatil reketlər azadlıqda gəzirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Surəti: Heydər Əliyev Fondunun Prezidenti, Birinci Xanım Mehriban Əliyevaya, Surəti: Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə, Surəti: Baş prokuror cənab Zakir Qaralova, Surəti: Daxili İşlər Naziri cənab Ramil Usubova, Surəti: Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevə, Surəti: Kütləvi İnformasiya Vasitələrinə Məmur özbaşınalıqlarının qurbanı YAP üzvü, iş adamı Akif Məmmədov və ailə üzvləri tərəfindən AÇIQ MÜRACİƏT Bu bizim sizə ünvanlanan ilk müraciətimiz deyil. Erməni işğalçılarının işğal etdikləri Qarabağdan bir hərflə fərqlənən, ermənilərin əvəzinə reketlərin, qatillərin və onları qoruyan polislərin meydan suladığı Qaradağda baş verən qanunsuzluqlar bitməyənə qədər siz bizim üzümüzə açılan tək qapısınız. İş adamı, Yeni Azərbaycan Partiyasının üzvü, əlinin zəhməti ilə çörək qazanan Akif Məmmədov bu gün ölüm döşəyində yatır və hər an evimizə hücum ediləcəyindən qorxuruq. Bizə Qaradağda özbaşınalıqların davam etdiyini əməli şəkildə göstərən qatil və reketlər Qaradağ Polis İdarəsinin rəisi İntiqam Mirsalayevin dəstəyi ilə YAP üzvü olan iş adamı Akif Məmmədovun yük maşınlarını həbs etdirdikdən sonra edilən şikayətlərdən çəkinərək şofer və maşınları azadlığa buraxsalar da, Akif Məmmədova etdikləri qanunsuzluqları KİV və dövlət qurumlarına xəbər vermənin cəzasını vəhşicəsinə veriblər. Belə ki, ayın 11-də YAP üzvü olan Akif Məmmədov eks-spiker Rəsul Quliyevin yaxın qohumu Ramil, ?Quska? ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin adamları, Rusiyada yaşayan ?reket?lərdən Əlizamin və PSS Mühafizə Xidmətinin rəisi İntiqamın özü və dəstəsi tərəfindən vəhşicəsinə döyülərək bıçaqlanmışdır. Polis rəisi İntiqam Mirsalayevin himayə etdiyi, ?KRAZ? markalı maşınla 2009-cu il 1 fevral tarixində 22 yaşlı Cəlilabad rayon Köyüzbulaq kənd sakini Malik Niftullayevin üzərinə daşları tökərək qəsdən öldürsə də cəzasız qalan Əlövsət Orucov və reket Əlizamin Akif Məmmədova iki ağır bıçaq zərbəsi vurmuş və nəticədə Akif Məmmədov ağır yaralı halda 1 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılmışdır. Bu barədə edilən şikayətlərimiz İntiqam Mirsalayevin şəxsi biznes maraqları ilə uyğun gəlmədiyindən qatil reketlər azadlıqda gəzirlər. Əlizamin adlı şəxsin sözlərinə inansaq, İntiqam Mirsalayevə onların qanunsuz əməllərinə göz yumması üçün aylıq 10 min manat pul verilir. Qeyd edək ki, bu Akif Məmmədovun ilk döyülmə hadisəsi deyil. Bundan öncə də qanuni fəaliyyət göstərdiyinə görə, polisin havadarlığı ilə o, Əlövsət Orucov tərəfindən döyülüb, təhqir olunmuşdur. Ən son olaraq mart və aprel aylarında vəhşicəsinə döyülməsinə baxmayaraq, etdiyi şikayətlərə baxılmır. Nəsimi rayon məhkəməsinin qərarını tanımayan Qaradağ rayon polis idarəsinin rəisi İntiqam Mirsalayev və onun havadarlıq etdikləri reketlər hər dəfə ?nə qədər şikayət etsəniz, iş mənə gələcək, mən bağlayacağam? deyərək, qanuni obyektini Akif Məmmədovun əlindən almaq istəyirlər. Hər dəfə Prezidentə, Daxili İşlər Nazirinə və digər müvafiq orqanlara teleqramlar vurduqdan sonra qısa müddət dayanan polis və reketlər az sonra yenidən özbaşınalıqlarını davam etdirirlər. Biz bu zülmün birdəfəlik qurtarmasını və qatil və reketlərin, dövlət məmuru adına yaraşmayan hərəkət edən bəzi polislərin cəzalandırılmasını istəyirik. Rəsul Quliyev kimi Azərbaycan dövlətinə xəyanət edən bir şəxsin adamlarına yaradılan bu şəraitin YAP üzvü olan və dövlətinə həmişə sadiq olan Akif Məmmədova yaradılmadığının, qanuni fəaliyyətinə imkan verilmədiyinin səbəbini öyrənmək istəyirik. İntiqam Mirsalayevi Rəsul Quliyevlə və ?Quska? ilə hansı dəyər birləşdirir ki, qanunları eks-spikerin adamlarının ayaqlarının altında tapdaladır. Nazirə yazdığı teleqrama görə, Akif Məmmədovu döydürərək, təkzib yazdırmağa məcbur edən İntiqam Mirsalayev bu qanunsuz hərəkətlərinin cəzasız qalacağından niyə bu qədər əmindir? Bizim ümid yerimiz Sizsiniz Azərbaycan Prezidenti, Ilham Əliyev cənabları. Bizim ümid yerimiz sizsiniz Mehriban xanım. Bizim ümid yerimiz sizsiniz hörmətli akademik Ramiz Mehdiyev. Bizim ümid yerimiz sizsiniz cənab Zakir Qaralov. Bizim ümid yerimiz sizsiniz cənab Ramil Usubov. Sizdən dəstək gözləyirik. Sizin bizim xilaskarımız olacağınıza inanırıq. Dəyərli media mənsubları, sizin vasitənizlə dövlət qurumlarına üz tutaraq, cəzasız qalan cinayətkarların əlindən xilas olmağımıza şərait yaratmanızı istəyirik. Hörmətlə Akif Məmmədov və ailə üzvləri

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA