Dilənçilər TQDK-nın qarzısında ortayazlı qadını ölümcül döydülər

img

24-06-2011 [06:36]


Bu gün saat 18.00 radələrində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) qarşısında 5 dilənçi adını dəqiqləşdirə bilmədiyimiz ortayaşlı bir xanıma hücum ediblər. Hadisə yerində olan MİA-nın əməkdaşı xəbər verir ki, hadisədə qığılcım rolunu qadının qarşısını kəsərək ondan israrla pul istəyən dilənçilərə ?Əl çəkin də. Nə tərbiyyəsiz adamlarsız? sözü olub: ?Qadının ağzından bus öz çıxmışdır ki, dilənçilərdən daha gənci olan xanımı küçə söyüşləri ilə söyərək, vurdu. Xanım özünə gəlməmiş digərləri də onun üzərinə hücuma keçdi. Bir qadın təbii ki, 5 dilənçi ilə bacara bilmədi. Ərazidə olan nəqliyyat müfəttişinin qadını dilənçilərdən almaq cəhdləri fayda vermədiyindən dayanacaqdakılar olaya müdaxilə edərək, dilənçiləri aralaya bildilər. Hadisə yerinə insanların toplanmasından sonra hadisə yerinə Çevik-Polis Alayının üç polis əməkdaşı gəldi. Ancaq onlar xanımın şikayətlərinə rəğmən, dilənçilərə ?rədd olun? deməklə işlərini bitmiş saydılar. Maraqlı budur ki, dilənçilər polis serjentlarını da söyərək, ?bunlar bizə heç nə edə bilməz? deydilər. Elə polislərin gözləri önündə yenidən qadını təhqir etməklə, döydülər. Döyülən xanım polis əməkdaşlarına qollarındakı sıyırıqları, axan qanını göstərib, dilənçilərin tutulmasını tələb etməsi və ərazidəki insanların da bu tələbə qoşulmasını görən polislər çox gülünc şəkildə hadisə yerindən uzaqlaşdılar. Qadının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəngləri də cavabsız qaldı?. MİA əməkdaşı deyir ki, dilənçilərdən biri polislərin gedişindən sonrada qadını bıçaqlamaqla, hədələyərək, yenidən hücuma keçib: ?Digər dilənçilərin də ona qoşulması hadisə yerində olan insanların xanımı avtobusa mindirməklə ərazidən uzaqlaşdırmağı çıxış yolu saydılar?. Ərazidə tamaşaçı qismində olan və dilənçiləri tanıyanlar isə deyib ki, polis onlardan ?haqq? alırlar. Yəni buna görə kimsə olaya küçə qaydasında müdaxilə edərək, dilənçilərin zərərsizləşdirilməsinə yardım göstərməyiblər. Deyiblər ki, əks halda polis dilənçiləri buraxıb, onları cəzalandıra bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA