Azərbaycanlı alim Ərdoğana təbrik məktubu göndərdi

img

18-06-2011 [01:48]


Avropa Təbiət Elmləri Akademiyasının akademiki Prof.Dr. Qüdrət İsaqov Türkiyə Respublikasının Baş naziri, cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Məktubda deyilir: Hörmətli Baş Nazir! Ədalət və İnkişaf Partiyasının 12 iyun 2011-ci ildə Türkiyə Böyük Millət Məclisinə seçkilərdəki tarixi qələbəsi münasibətilə Sizi və partiyanızı, Türkiyə xalqını təbrik edirəm. Bu gün Türkiyə türk və islam dünyasına bir nümunədir. Siz isə türk və islam dünyasında və bütün dünyada önəmli bir lidersiniz. ALLAHdan arzu edirəm ki, bu tarixi qələbəniz türk dövlətlərinin hamısında və islam dünyasında demokratiyanın və qanunun aliliyinin yaranmasına, türk dövlətlərində və və islam dünyasında iqtisadiyyatın və elmin yüksəlməsinə, ədalətin zəfər çalmasına vəsilə olsun. Dərin hörmət və ehtiramla, Prof.Dr. Qüdrət İsaqov Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu, Beynəlxalq Alternativ Energetika və Ekologiya, həm də Beynəlxalq Kosmonavtika elmi jurnalları Baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Azərbaycan Respublikası prezidentliyinə keçmiş namizəd

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA