AiDP sədri Ərdoğana təbrik məktubu göndərdi

img

16-06-2011 [06:20]


Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı Türkiyə Respublikasının Baş naziri, cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Məktubda deyilir: Hörmətli cənab Baş nazir, 12 iyun 2011-ci ildə Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının qazandığı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Təbii ki, bu qələbə hakimiyyətdə olduğunuz illərdə həyata keçirdiyiniz möhtəşəm siyasətin, xüsusilə də iqtisadi projelərin gerçəkləşdirilməsinin, insanların rifahının yüksəlməsinin nəticəsidir. Hesab edirəm ki, Sizin qələbəniz bütün Türkiyənin, bütün dünya türklərinin qələbsidir. AKP-nin yenidən hakimiyyətdə qalması təkcə Türkiyənin deyil, bütün dünya türklərinin, dünya müsəlmanlarının sevincinə səbəb olub. Bu da təsadüfi deyil. AKP-nin İslamın keşiyində dayanması, müsəlman ölkələrinin haqqı uğrunda şəxsən Sizin göstərdiyiniz çabalar türk dünyası və müsəlman dünyası tərəfindən yüksək qiymətləndirilir. Biz islamçı demokratlar olaraq Sizin Türkiyə, region, müsəlman dünyası, konkret olaraq Azərbaycan üçün göstərdiyiniz xidmətləri unutmuruq, yüksək qiymətləndiririk. İnanırıq ki, Siz bu yolu davam etdirəcəksiniz. Sizi bir daha təbrik edir, həyata keçirdiyiniz işlərdə yeni nailiyyətlər arzulayıram. Allah yardımçınız olsun. Dərin hörmətlə, Tahir Abbaslı Azərbaycan İslam Demokrat Partiyasının sədri

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA