ATƏT-in Bakı ofisinin rəhbəri hesabat verdi

img

14-06-2011 [02:57]


ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel Azərbaycanda fəaliyyətinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib. ATƏT rəsmisi fəaliyyət göstərdiyi 2 il 2 ay ərzində gördüyü işlərdən, ofis tərəfindən həyata keçirilən layihələrdən söhbət açıb. O qeyd edib ki, ATƏT nümayəndəliyi Azərbaycanın bir çox bölgəsində uğurlu layihələr həyata keçirib və bunların bir qismi isə hələ də davam etməkdədir: ?Bu günə qədər 120 layihə gerçəkləşdirilib. Bunların bəziləri davam edir və bu çalışmaların əksəriyyətindən uğurlu nəticələr əldə etmişik. Geçəkləşdirilən layihələrdən nümunələr gətirən Əli Bilgə Cankorel ?Məişət zorakılığı haqqında? Qanun layihəsi ilə bağlı önəmli işlər görüldüyünü diqqətə çatdırıb: ?Bu qanun layihəsinin hazırlanmasında önəmli çalışmalarımız oldu. Bu ölkə üçün bu sahədə bir inqilab sayıla bilər. Çox həssas bir mövzudur. Uzun müddət müzakirə olunub. Və nəhayət həmin qanun layihəsinin qəbulundan məmnun olduq. Siyasi partiyalarla bağlı çalışmalarının olduğunu diqqətə çatdıran ATƏT rəsmisi partiyalarla önəmli toplantılar keçirildiyini bildirib. Siyasi partiyalar arasında dialoq təşəbbüsünə diqqəti çəkən diplomat son 8 ildə ilk belə təşəbbüs olduğunu və bütün siyasi qüvvələrlə işgüzar münasibətlər qurduqlarını söyləyib: ?Bu yöndə fəaliyyətimiz davam edəcək və gələcəkdə bu dialoqun davam edəcəyinə ümid edirik?. Əli Bilgə Cankorel ?Cəmiyyət dəstəkli polis? layihəsinə həsr olunmuş çalşmalardan, layihə ilə bağlı təşkil olunan beynəlxalq tədbirlərdən danışıb: ?Cəmiyyət dəstəkli polis işi ilə bağlı tədbirlər keçirdik. Həmin tədbirlərdə ATƏT və Azərbaycanın dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən xarici ölkələrdən gələn beynəlxalq mütəxəssislər iştirak ediblər. ATƏT ofisi yerli hüquq-mühafizə orqanları ilə də faydalı əməkdaşlıq qurur və son vaxtlar yerli polis təcridxanalarına monitorinq xarakterli 30-a yaxın səfər həyata keçirib. Eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyi ilə ?Cəmiyyət dəstəkli polis? layihəsi uğurla reallaşdırılır". Bələdiyyə seçkiləri, korrupsiya ilə mübarizə, çirkli pulların yuyulması, media azadlığı sahəsində həyata keçirilən layihələrdən bəhs edən ATƏT-in Bakı ofisinin rəhbəri qeyd edib ki, bəzi çalışmalar istənilən nəticələri verməyə bilər: ?Bu xüsusilə sərbəst toplaşmaq haqqında qanunla bağlıdır. Bununla bağlı biz yerli icra strukturları ilə görüşlər keçirmişik, dialoqlar aparmışıq. Ümid edirik ki, bu dialoqlar öz nəticəsini verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA