Bakıda Neft Emalı Zavodunda yanğın baz verib

img

14-06-2011 [11:37]


Bu gün Bakıda H.Əliyev adına Neft Emalı Zavodunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər saat 09.20 radələrində H.Əliyev adına Neft Emalı Zavodunun Nizami rayonunda yerləşən 2 saylı sahəsinin 21 saylı qurğusunda qeydə alınıb. Yanğın neft borularındakı izolyasiyada başlayıb. Daxil olan çağırış əsasında hadisə yerinə cəlb olunan 6 yanğınsöndürən maşın yanğını məhdudlaşdıraraq söndürməyə nail olub. Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın nəticəsində yaralananlar olub, əraziyə iki təcili yardım maşını gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA