Rusiyada azərbaycanlı "qanuni oğru" saxlanılıb

img

10-06-2011 [04:37]


Rusiyanın paytaxtı Moskva şəhərində 38 yaşlı azərbaycanlı "qanuni oğru" saxlanılıb. Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları kriminal aləmdə daha çox ?Dadaş Novxaninski? ləqəbli Dadaş İbrahimovun üzərindən 2,84 qr heroin aşkar edərək müsadirə ediblər. Dadaş İbrahimovun günahı sübuta yetiriləcəyi təqdirdə o, 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər. Rusiyanın "Praym-kraym? qəzeti yazır ki, Dadaş İbrahimov hələlik və ilk dəfə 2002-ci ildə Azərbaycanda dələduzluğa görə il yarım müddətinə mühakimə olunub. Qeyd edək ki, hazırda Dadaş İbrahimov fəaliyyət göstərən 6 ?qanuni oğru?dan biridir. Dadaş Novxaninskinin böyük nüfuza malik olduğu bildirilir. Məlumata görə, D. İbrahimov əsasən Azərbaycanda olur, Rusiyaya nadir hallarda və qısa müddətə səfərlər edirmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA