Gəncədə 15 yazlı qız özünü öldürüb

img

07-06-2011 [07:44]


Gəncə şəhərində intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan verilən məlumata görə, Şah İsmayıl Xətai prospekti bina 54 B, mənzil 53-də kirayə yaşayan 1996-cı il təvəllüdlü Bədirli İlahə Nadir qızı özünü öldürüb. Ailəsi ilə birgə Tərtər rayonundan Gəncəyə köçən 15 yaşlı qız iyunun 7-nə keçən gecə saat 23-24 radələrində öz otağında kəndirlə özünü asıb. Orta məktəbin 9-cu sinfini yeni bitirmiş qızın hansı səbəbdən canına qəsd etməsi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA