Gömrükçülər narkotik alverçiləri ilə qaçaqmalçıları tutub

img

04-06-2011 [12:48]


?J2 012? saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Ağayev Samir Nəriman oğlu gömrük nəzarətindən keçərkən təqdim etdiyi gömrük bəyannaməsində 300 dollar dəyərində 2 ədəd ?İphone? markalı mobil telefon, 450 dollar dəyərində televizor və noutbuk göstərib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şifahi sorğu zamanı Samir Ağayev başqa mütləq bəyan olunası malların olmadığını bildirib. Maneçilik törətməsinə baxmayaraq, əl yükü və baqajlarına Hava Həqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq baxış keçirilib və Samir Ağayevin müşayiət etdiyi baqajdan gömrük bəyannaməsində qeyd etdiyi 2 ədəd ?İphone 16GB? markalı mobil telefondan, 1 ədəd ?Sony Bravia BX4/40? markalı televizordan və 1 ədəd ?HP? markalı noutbukdan əlavə bəyan etmədiyi, gömrük nəzarətinə könüllü təqdim etmədiyi, habelə gömrük baxışından qabaq şifahi sorğu edilərkən bildirmədiyi 400 ədəd ?MicroSD1GB?, 846 ədəd ?MicroSD2GB? markalanma yazısı olan mobil telefonlar üçün yaddaş kartları, 3 ədəd ?Toyota? avtomobili üçün fara, 1 cüt üzərində ?Creativ? markalanma yazısı olan kompüter üçün səs gücləndirici (kalonka) aşkar edilərək protokol əsasında götürülüb. Gömrük nəzarətindən keçərkən Samir Ağayevin ictimai qaydanı kobud şəkildə pozan, gömrük orqanının vəzifəli şəxslərinə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə müraciət olunub. Azərbaycan gömrükçülərinin həyata keçirdiyi əməliyyat zamanı daxili orqanlarında ölkəyə narkotik maddə gətirən şəxslər saxlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Astara Gömrük İdarəsində gömrük nəzarətinə cəlb edilmiş Səbuhi Adıgözəlov və onun bacısı Vüsalə Tağıyevanın yoxlanılması zamanı S. Adıgözəlovun düz bağırsağında şəffaf polietilenə bükülü 3 ədəd yumru-uzunsov formalı bağlamalarda olmaqla, ümumi xalis çəkisi 80,598 qram olan heroin aşkarlanıb. Bundan sonra V. Tağıyevanın üzərində aparılmış şəxsi yoxlama və tibbi müayinə nəticəsində isə onun daxili orqanından şəffaf polietilenə bükülü 2 ədəd yumru-uzunsov formalı bağlamalarda olmaqla, ümumi xalis çəkisi 54,312 qram olan heroin aşkar olunaraq götürülüb. Eyni hal, Astarada İrandan ölkəyə qayıdan Azərbaycan vətəndaşları Səriyyə Məmmədova və Xanım İsayevada da aşkarlanıb. Yoxlamalar zamanı S. Məmmədovanın daxili orqanından şəffaf polietilenə bükülü 1 ədəd yumru-uzunsov formalı bağlamada, xalis çəkisi 119,778 qram, X. İsayevanın daxili orqanından isə polietilenə bükülü 1 bağlamada çəkisi 97,256 qram olan narkotik vasitə heroin aşkar olunub. Biləsuvar Gömrük sərhəd buraxılış məntəqəsində isə yoxlama zamanı İrandan Azərbaycana gələn Seymur Mehdiyev adlı şəxsin düz bağırsağından polietilendə qablaşdırılmış çəkisi 7,616 qram olan heroin tapılıb. İrandan gələn Zaur Mehdiyev adlı Azərbaycan vətəndaşının daxili orqanlarına Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım Şöbəsinin həkimləri tərəfindən keçirilən baxış zamanı isə düz bağırsağında saxladığı, polietilendə qablaşdırılmış 2 bükümdə qablaşdırılması ilə birgə ümumi xalis çəkisi 24,085 qram olan heroin və 1 ədəd bükümdə, xalis çəkisi 1,078 qram olan psixotrop maddə sayılan metamfetamin götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA