General Ramiz Zeynalov 6 yol polisini rüzvətə görə izdən qovdu

img

16-05-2011 [04:05]


Baş Dövlət Yol Polis İdarəsi rəhbərliyinin əmrləri ilə Yol Patrul Xidmətinin 6 əməkdaşı işdən xaric olunub. MİA DYP-nin rəsmi saytına istinadəv verdiyi məlumata görə, onlar Baş DYP İdarəsi rəhbərliyinin müvafiq əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə xidmətdən xaric olunublar. Xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş 5 əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA