Ermənilər daha bir dinc sakini qətlə yetirib

img

04-06-2011 [12:15]


Bu gün Ermənistan silahlı qüvvələri Azərbaycanın Qazax və Füzuli rayonlarındakı mövqelərini atəşə tutublar. Azərbaycan ordusu cavab atəşi ilə qarşı tərəfi susdurub. Buna baxmayaraq bu gün Ağdam rayonu ərazisində dinc sakin erməni gülləsinə tuş gəlb. ANS-in Qarabağ bürosundan verilən məlumata görə, bu gün saat 20 radələrində Ağcabədinin Yuxarı Qiyamaddınlı kənd sakini Yelmar Piriyev Ağdamın Çəmənli kəndi yaxınlığında qoyun otararkən ermənilərin açdığı atəş nəticəsində ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA