Mazın oğrusu polis rəisini bıçaqlayıb

img

28-05-2011 [11:04]


Mayın 27-də saat 11.00 radələrində Ağstafa şəhər sakini Rauf Qəniyevə məxsus "VAZ-21011" markalı avtomaşın evinin qarşısından qaçırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış həmyerlisi Ramil Yaqubov avtomaşınla birgə saxlanılaraq RPŞ-nə gətirilib. RPŞ-nin həyətində olarkən R.Yaqubov qəflətən cib bıçağı ilə Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Hidayət Kərimova yüngül xəsarət yetirib. H.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA