15 yazlı oğlan məktəb yoldazını bıçaqladı

img

02-06-2011 [03:09]


Bakıda bıçaqlanma hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, F.Xoyski küçəsi 118-in qarşısında 1996-cı il təvəllüdlü Ceyhun Abdullayev həmyaşıdı, 1996-cı ildə anadan olmuş Ülvi Məmmədovu bıçaqlayıb. Böyrək nayihəsindən ciddi xəsarət almış yeniyetmə xəstəxanaya çatdırılıb. C.Abdullayev saxlanılıb. Lent.az-a verilən məlumata görə, hadisənin iştirakçıları eyni orta məktəbin şagirdləridir. Onlar arasında yaranmış mübahisənin dəqiq motivi isə hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA