Azərbaycan Misirə nota verib

img

01-06-2011 [02:11]


Misir Ərəb Respublikasının (MƏR) ?Vodafone Egypt? mobil rabitə şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən ?Karabakh Telecom? şirkəti ilə rouminq sahəsində əməkdaşlıq etdiyi müəyyən edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Azərbaycanın Qahirədəki səfirliyi tərəfindən Misirin Xarici İşlər Nazirliyinə nota göndərilib, Xarici İşlər Nazirliyinin məsul şəxsləri ilə görüşlər keçirilib, ?Vodafone Egypt? mobil rabitə şirkətinin ?Karabakh Telecom? şirkəti ilə əməkdaşlığının qeyri-qanuni olduğu, beynəlxalq hüququn prinsipləri və Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri ilə ziddiyyət təşkil etdiyi qeyd olunaraq, bu əməkdaşlığın dərhal dayandırılması xahiş olunub. Səfirliyin müraciətinə cavab olaraq, cari ilin 29 may tarixində Misirin Xarici İşlər Nazirliyi tərəfindən ?Vodafone Egypt? ilə ?Karabakh Telecom? arasında əməkdaşlığın dayandırıldığı barəsində məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA