Əhməd Davudoğlu: ?Bakı ilə müqayisədə irəvan geridə qalmız bir kənd kimi görünür?

img

25-05-2011 [11:01]


?Hər dəfə Bakıya getdiyimdə şəhərin gözəlləşməsindən qurur duyuram?. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT kanalında ?Açı? proqramında politoloqlarla söhbətində Azərbaycanda gedən tərəqqidən bəhs edərkən deyib. Azərbaycanda sürətli iqtisadi inkişafdan əldə olunan gəlirin bir hissəsinin də paytaxt Bakının abadlaşmasına yönəldildiyini vurğulayan türkiyəli nazir qeyd edib ki, gündən-günə gözəlləşən Bakı ilə İrəvanı müqayisə etdikdə, sonuncu geridə qalmış bir kənd kimi görünür. Türkiyənin xarici işlər naziri Azərbaycanın nüfuzlu ?Evrovision ? 2011? mahnı müsabiqəsində qələbəsini də ölkəmizin inkişafının bir əlaməti kimi dəyərləndirib, bundan böyük sevinc hissi keçirdiyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA