Əhmədinejad ilham Əliyevi irana dəvət edib

img

24-05-2011 [04:06]


İran prezidenti Mahmud Əhmədinejad Azərbaycanın dövlət başçısı İlham Əliyevi yaxın vaxtlarda Tehranda keçirilməsi planlaşdırılan terrorizmlə mübarizəyə həsr edilmiş beynəlxalq konfransda iştiraka dəvət edib. Bu barədə məlumatı "IRNA" agentliyi yayıb. Azərbaycan prezidentinə dəvətnaməni İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybani təqdim edib. Qeyd edək ki, ötən gün İlham Əliyev Azərbaycanda səfərdə olan İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul etmişdi. Görüşdə Şeybani İran tərəfinin Azərbaycan ilə ticari-iqtisadi əlaqələrini daha da gücləndirmək və illik ticarət dövriyyəsi həcmini 5 milyard dollara çatrımaq istəyini çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA