Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüzü iyunda olacaq

img

20-05-2011 [03:21]


Bu ilin iyun ayında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənilir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. "Həmsədrlərin regiona növbəti səfəri iyun ayının əvvəlinə nəzərdə tutulub. Bu səfərdən sonra Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Bu görüşdən sonra isə iyun ayında hər üç ölkənin dövlət başçıları görüşməlidirlər. Prezidentlərin görüşlərinin harada keçirilməsi ilə bağlı təkliflər olsa da, hələ ki, dəqiq yer müəyyənləşdirilməyib", deyə nazir bildirib. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü bu ilin mart ayının 5-də Soçi şəhərində Rusiya prezidentinin iştirakı ilə keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA