Türkiyədə zəlzələ; 2 ölü 79 yaralı

img

20-05-2011 [11:09]


Türkiyənin qərbində 6 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumatı ABŞ-ın Georoloji xidməti yayıb. Bildirilir ki, zəlzələnin episentri Kutaxya şəhərinin 77 km cənub-qərbində, mərkəzi isə yer sətinin 4 kilometr dərinliyində olub. Zəlzələ nəticəsində 2 nəfər ölüb, 790 nəfər xəsarət alıb. Ölənlərdən biri zəlzələ vaxtı evinin pəncərəsindən yerə tullanıb, digəri isə həyəcandan ürək krizi keçirib. Xatırladaq ki, zəlzələnin episentri Kutaxya şəhərinin 77 km cənub-qərbində, mərkəzi isə yer sətinin 4,5 kilometr dərinliyində olub. Yer titrəmələri İstanbulda, Bursada, Yalovada və başqa şəhərlərdə hiss edilib. Sinav bölgəsində elektrik təchizatı dayandırılıb. Bildirilir ki, Kutaxyada bəzi binalar zədələnib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA