Gürcüstanın müdafiə naziri Səfər Əbiyevlə görüzüb

img

16-05-2011 [03:42]


Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının müdafiə naziri Baçana Axalayanın azərbaycanlı həmkarı general-polkovnik Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra gürcüstanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib. Geniş tərkibli görüşdə müdafiə nazirləri ölkələr arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri və bölgədə hərbi-siyasi durum barədə fikir mübadiləsi aparıblar. Sonra nazirlər arasında təkbətək görüş keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA