Mahmud Əhmədnejad: ?Xamneyi mənim üçün ata kimidir?

img

16-05-2011 [12:19]


İran prezidenti Mahmud Əhmədnejad dini lider Ayatollah Ali Xamneyi ilə hər hansı fikir ayrılığı olduğunu rədd edib. O dövlət televiziyasına müsahibəsində bildirib ki, kəşfiyyat idarəsinin rəhbəri Heydar Moslehinin vəzifədən azad etməsinə və Xamneyinin buna veto qoymasında məna axtarmağa dəyməz. Prezidentin sözlərinə görə, Xamneyi onun üçün "ata kimidir". 1979-cu il İslam inqilabından sonra ölkədə hakimiyyət Vəli Faqih sistemi altında idarə olunur. Yəni konstitusiyaya görə ayotollah səviyyəsində olan dini lider bütün dövlət vəzifələri üçün son söz deyə, hətta prezidentin qərarlarına veto qoya bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA