XiN vətəndazlara xəbərdarlıq etdi

img

13-05-2011 [10:40]


Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Liviyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib. MİA-nın məlumatına görə, nazirliyin saytında yerləşdirilmiş xəbərdarlıqda bildirilir ki, bu il fevralın 15-dən başlayaraq Liviyanın bir çox şəhərində hökumət əleyhinə nümayişlər başlayıb. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verib, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olub. Nəticədə BMT Təhlükəsizlik Şurası Liviyada baş verən hadisələrlə əlaqədar 26 fevral 2011-ci il tarixində 1970 saylı, 17 mart 2011-ci il tarixində isə 1973 saylı qətnamələri qəbul edib, Liviyanın hava məkanı humanitar məqsədlər istisna olmaqla, digər bütün növ uçuşlar üçün bağlı elan edilib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 17 mart 2011-ci il tarixli 1973 saylı qətnaməsinə əsasən, 19 mart tarixindən etibarən beynəlxalq koalisiya qüvvələri Liviyada əməliyyatlara başlayıb. Hazırda əməliyyatlar Tripoli, Binqazi, Zintan, Əjdəbiyyə, Breqa, Sebha, Sirte və Misurata yaxınlığında davam etdirilir. Liviyada münaqişə zonaları hər an dəyişə bilər. Bunları nəzərə alaraq Liviyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Liviyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycanın Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Tripoli şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur. Xəbərdarlıqda xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. Ünvan Azərbaycan Respublikasının Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsindəki Səfirliyi Ünvan: Tripoli, Nofliyyin, Şuhədə Şatt, Şeyx küç. Tel: 0021821 340 66 40 Faks: 0021821 340 66 40 e-mail: [email protected]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA