YAP ATƏT-im Minsk Qrupunun həmsədrlərinə sərt məktub göndərdi

img

12-05-2011 [04:57]


Yeni Azərbaycan Partiyası ATƏT?in Minsk Qrupunun həmsədrləri cənab Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradkeyə (ABŞ) Azərbaycanın işğal olumuş ərazilərinə xarici ölkələrdən erməni ailələrinin köçürülməsi və məskunlaşdırılması ilə əlaqədar etiraz məktubu göndərdi. Məktubun bir nüsxəsi isə ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiuyə təqdim ediləcək. Məktubda deyilir: ?Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv və ardıcıl danışıqların getdiyi bir vaxtda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə yeni ?erməni köçünün? təşkil olunması bu danışıqların səmərəliliyinə ciddi zərbə vura bilər. Belə ki, işğal edilən və tamamilə azərbaycanlılardan təmizlənən bir ərazidə süni şəkildə demoqrafik vəziyyəti dəyişmək cəhdi Ermənistanın işğalçı siyasətinin möhkəmləndirilməsi məqsədlərinə xidmət göstərir. Azərbaycanın işğal altında olan torpaqlarının süni şəkildə ?erməniləşdirilməsi? tarixin təkrarını xatırladır. Ötən əsrin 40?50? ci illərində Sovet hakimiyyəti Azərbaycan əsilli Ermənistan vətəndaşlarını kütləvi şəkildə Azərbaycana deportasiya etdikdən sonra həmin ərazilərə xaricdən erməniləri köçürməklə Ermənistanın demoqrafik vəziyyətini dəyişməyə nail oldular. İndi tarixi yenidən təkrar etməyə cəhd göstərilir?. Yeni Azərbaycan Partiyasının etiraz məktubunda bir daha nəzərə çatdırılır ki, erməni tərəfinin bu hərəkəti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in Parlament Assambleyasının müvafiq qərarlarına daban-dabana ziddir. Azərbaycan xalqı Azərbaycan torpaqlarına kənardan köç edilməsi siyasətini qətiyyətlə rədd edir və onun heç bir hüquqi nəticəsini qəbul etmək niyyətində deyil. ?Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin işğal edilmiş Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edərək, ATƏT-in Minsk Qrupunun həmsədrlərini sülh danışıqlarının nəticələrini heçə endirən və münaqişənin dinc vasitələrlə həllinə dair konstruktiv səylərə mane olan ?köçürmə siyasətini? birmənalı şəkildə pisləməyə və onun mənfi nəticələrinin qarşısını vaxtında almaq üçün müvafiq addımlar atmağa çağırır? ? deyə, məktubda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA