BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Azərbaycana gəlir

img

11-05-2011 [01:41]


Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres (António Guterres) mayın 18-də Azərbaycana gələcək. O, ikigünlük səfəri çərçivəsində məcburi köçkünlər üçün Ağdam və Yevlax rayonlarında yeni salınmış qəsəbələrdə, Binəqədidə yeni tikilmiş məhəllədə olacaq. Ali Komissar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovla, Xarici İşlər naziri Elmar Məmmədyarovla da görüşəcək, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin (ABŞ, Rusiya, Fransa) səfirləri və BMT-nin rezident-əlaqələndiricisi ilə ?dəyirmi masa?da iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA