"Mur-Ay" MMC-nin rəhbəri həbs edilib

img

05-05-2011 [05:36]


?Mur-Ay? MMC-nin axtarışda olan rəhbəri həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, "Mur-Ay" MMC-nin sədri vəzifəsində işləmiş Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elxan Hüseynov bir qrup şəxslə cinayət əlaqəsinə girərək Yeni Yasamal massivi, Xiyabani küçəsi 18-də inşa edilən çoxmərtəbəli yaşayış binasındakı bir mənzili bir neçə şəxsə sataraq vətəndaşlara külli miqdarda ziyan vurubr. Onun törətdiyi bu cinayət əməli zərərçəkmişlərin haqlı narazılığına səbəb olub. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən CM-nin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. E.Hüseynov istintaqdan yayındığı üçün barəsində axtarış işi açılıb. Dünən ? mayın 4-də DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA