Ordumuzun iki əsgəri yaralanıb

img

20-04-2011 [11:52]


Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb. Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov yaralanıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib. F.Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir. E.Nəzərov isə yüngül xəsarət alıb. Qeyd edək ki, F.Abdullayev Gədəbəy, E.Nəzərov isə Kəlbəcər Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA