Avropada mühacir həyatı yazayan azərbaycanlılar hakimiyyətə qarzı bəyanat veriblər

img

03-05-2011 [04:16]


Avropada yaşayan Azərbaycan vətəndaşları mitinqlər zamanı həbs olunanlarla bağlı bəyanat yayıb. MİA-ya daxil olan bəyanatda iddia bildirilir ki, mitinq iştirakçıları polis bölmələrində təzyiqlərə məruz qalır, onların bir qismi inzibati həbs cəzasına məhkum edilir. Partiya sədrlərinin polis bölməsinə saxta ittihamlarla çağırıldığını iddia edən avropalı Azərbaycan vətəndaşları bunu repressiya kimi qiymətləndirir. Bəyanatda deyilir: ?Avropada fəaliyyət göstərən təşkilatlar olaraq bütün bu neqativ halları pisləyir və Azərbaycan hökumətindən Milli Məclisə yenidən seçkilər keçirilməsini, qanunların kobud surətdə pozulmasına son qoyulmasını, siyasi əqidəsinə görə həbs olunanların azadlığa buraxılmasını, siyasi partiyaların fəaliyyəti üçün lazımi şəraitin yaradılmasını, korrupsioner və rüşvətxor məmurlar barədə ciddi tədbirlər görülməsini, ?Gündəlik Azərbaycan? və ?Realnıy Azərbaycan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin azad edilməsini tələb edirik. Bəyanatı Azərbaycanlı Siyasi Mühacirlər Dünya İttifaqı sədri Eldəniz Yusibov, Odlar Yurdu təşkilatının sədri Rəşad Sadıqov, Yeni Müxalifət Hərəkatı Fikrət Hüseynli, Azərbaycanda Demokratiya Dəstək Komitəsi sədri Azır Ramizoğlu, Franktfurt Azərbaycan cəmiyyəti sədri İlham Həsən, Hamburq Azərbaycan cəmiyyəti sədri İntiqam Məmmədov, Maynz Azərbaycan cəmiyyəti Yusif Abulov, "Oğuz yurdu" cəmiyyəti sədri Sərdar Ağayev, "Prometey" təşkilatı sədri Əli Ağayev, Bütöv Azərbaycan Təşkilatı sədri Teymur Eminbəyli və "Odlar Yurdu" təşkilatı sədri İsa Sadıqov imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA