TQDK sınaq imtahanlarının nəticələrini bu həftə açıqladı

img

02-05-2011 [12:04]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də ölkənin 25 şəhərində sınaq imtahanı keçirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin verdiyi məlumata görə imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılıb. İmtahanın idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə qurulub və imtahan prosesinin gedişi nəzarətdə saxlanılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb. Həftə ərzində nəticələrin komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə də öyrənə biləcəklər. Belə ki, nəticələr elan olunduqda ?Azercell?lə yanaşı, ?Bakcell? mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələri öyrənə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:51 06.05.2025

Unun qiyməti sabit qalıb