Bu ilin birinci rübündə Bakıda qeydə alınan cinayətlərin 72 faizi açılıb

img

29-04-2011 [02:45]


Axtarışda olan 543 cinayətkardan 192-si (35.4 faiz) yaxalanıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) 2011-ci ilinin birinci rübü üzrə hesabatında deyilir. Cari ilin ilk üç ayında Bakıda 2671 cinayət hadisəsi qeydə alınıb. Onların 2393-ü az ağır və böyük ictimai təhlükə törətməyən, 278-i isə ağır və xüsusilə ağır cinayətlər olub. Ümumi cinayətlərin 72 faizinin, ağır cinayətlərin 68.5 faizinin, o cümlədən ölümə sui-qəsdlərin, zorlamaların, adam oğurluqlarının, hədə-qorxu ilə tələb etmələrin və avtomaşın oğurluğu cinayətlərinin hamısının açılması təmin edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır cinayətlər 118 fakt (29.8 faiz), soyğunçuluq 8 fakt (12.7 faiz), mənzildən oğurluqlar 19 fakt (8.6 faiz), dələduzluqlar 44 fakt (23.5 faiz) azalıb. Ölümə sui-qəsd və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə cinayətlərinin sayı dəyişməz qalıb. Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri nəticəsində 60 kiloqram 787 qram narkotik dövriyyədən çıxarılıb. Axtarışda olan 543 cinayətkardan 192-si (35.4 faiz) yaxalanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 55 fakt azalıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) 2011-ci ilinin birinci rübü üzrə hesabatında deyilir. Cari ilin ilk üç ayında Bakıda 2671 cinayət hadisəsi qeydə alınıb. Onların 2393-ü az ağır və böyük ictimai təhlükə törətməyən, 278-i isə ağır və xüsusilə ağır cinayətlər olub. Ümumi cinayətlərin 72 faizinin, ağır cinayətlərin 68.5 faizinin, o cümlədən ölümə sui-qəsdlərin, zorlamaların, adam oğurluqlarının, hədə-qorxu ilə tələb etmələrin və avtomaşın oğurluğu cinayətlərinin hamısının açılması təmin edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır cinayətlər 118 fakt (29.8 faiz), soyğunçuluq 8 fakt (12.7 faiz), mənzildən oğurluqlar 19 fakt (8.6 faiz), dələduzluqlar 44 fakt (23.5 faiz) azalıb. Ölümə sui-qəsd və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə cinayətlərinin sayı dəyişməz qalıb. Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri nəticəsində 60 kiloqram 787 qram narkotik dövriyyədən çıxarılıb. Axtarışda olan 543 cinayətkardan 192-si (35.4 faiz) yaxalanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 55 fakt azalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA