Hacıqabulda külək avtobusu azırdı, ölən və yaralılar var

img

22-04-2011 [01:29]


Azərbaycanın Hacıqabul rayonunda bir nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün 10.20 radələrində Pirsaat qəsəbəsi yaxınlığında baş verib. Heydər Əliyev adına Dərin Özüllər Zavoduna məxsus ?Hyundai? markalı iri tutumlu sərnişin avtobusu saatda 70-80 km/s sürətlə hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlərdən biri elə hadisə yerində ölüb. Zavodun bir neçə nəfər işçisi isə müxtəlif dərəcəli xəsarətlər alaraq təcili yardım maşınları ilə Şirvan və Hacıqabul rayon xəstəxanalarına aparılıb. Yüngül xəsarət alan sürücü isə ifadə vermək üçün rayon polis şöbəsinə dəvət olunub. İlkin ehtimala görə, hadisəyə səbəb əsən güclü külək olub(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA