Suriya hökuməti Deraa zəhərinə zirehli texnika yeridilib

img

25-04-2011 [03:00]


Suriyanın Deraa şəhərinə zirehli texnika yeridilib. ?Əl-Cəzirə? telekanalı şahidlərə istinadən şəhərdə təhlükəsizlik qüvvələrinin əməliyyat keçirdiyini xəbər verir. Bazar günü xüsusi xidmət orqanları Jebla şəhərində reyd keçirib. Bu reyddən əvvəl şəhərdə kütləvi etiraz aksiyası keçirilmişdi. Verilən xəbərlərə görə, azı 9 yerli sakin güllələnib. Cümə günü isə Suriya müxalifəti üçün ən qanlı gün olmuşdu. Hökumət qüvvələri ilə aksiyaçılar arasında baş verən toqquşmalarda azı 100 adam öldüyü bildirilirdi. Suriyada bir aydan çoxdur ki, prezident Bashar Asadin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 300-dən çox adam həlak olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA