BŞBPi 5 yazlı qızla bağlı məlumat verdi

img

20-04-2011 [02:38]


Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) aprelin 17-də İctimai Palatanın keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanmasına dair xəbərlərlə əlaqədar məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, İctimai Palata adlanan quruma daxil olan radikal müxalifət partiyaları aprelin 17-də ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla paytaxtın ?Sahil bağı?nda qanunsuz aksiya keçirməyə cəhd göstərib. Polis əvvəlcədən xəbərdarlıq edildiyi kimi, qanunsuz aksiyanın qarşısını alınıb. Bu zaman ictimai asayişi pozmağa cəhd edən qanunsuz aksiyanın 65 iştirakçısı saxlanılıb. Onlardan 25 nəfəri hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edilərək sərbəst buraxılıb, 40 nəfər barəsində isə qanunla müəyyən olunan tədbirlərin görülməsi üçün sənədləri aidiyyəti məhkəmələrə göndərilib. Məlumatda, həmçinin, bildirilib ki, aksiyanın qarşısı alındıqdan sonra bəzi mətbuat orqanlarında aksiya zamanı vətəndaş Quluzadə Gülnarə Çingiz qızının azyaşlı qızı ilə birlikdə polis orqanları tərəfindən saxlanılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb: ?Əslində polis əməkdaşları Gülnarə Quluzadənin və onun azyaşlı qızının təhlükəsizliyini təmin etmək məqsədilə qanunsuz aksiya keçirilən ərazidən uzaqlaşdıraraq sərbəst buraxıb. Onlar hər hansı polis idarəsinə aparılmayıb və barələrində heç bir cəza tədbiri görülməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA