Bu gün və sabah Bakıda bəzi yollar bağlanacaq

img

02-05-2011 [12:37]


Bu gün saat 13:00-dan Bakıda bəzi yollar bağlanacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, Litva Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Bakıda keçiriləcək tədbirlər istiqamətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. ?Aeroport şosesi istiqamətindən Heydər Əliyev prospekti ilə, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, ?Azneft? meydanı, Niyazi və İstiqlaliyyət küçələri, Rəşid Behbudov, Bakıxanov, Ceyhun Hacıbəyli küçələri, ?Qələbə? meydanı, Atatürk prospekti, Həsən Əliyev, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, 10-cu park küçələrində, mayın 3-də isə 7:30-dan 15:00-dək Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eyni marşrutlar üzrə ?Azneft? dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək?, - deyə Vaqif Əsədov vurğulayıb. Həmçinin 3 may tarixində saat 7:30-dan 15:00-dək Fəxri xiyaban və Şəhidlər xiyabanından eyni marşrutlar üzrə Azneft dairəsindən Beynəlxalq Hava Limanı istiqamətinə avtomobillərin hərəkətinə məhdudiyyət quyulacaq. BŞDYPİ sürücülərdən bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA