6 yazlı uzaq 5 yazlı bacısını güllələdi

img

19-04-2011 [12:37]


Aprelin 18-də Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Muradxan kəndi yaxınlığında Ağsu rayon sakini Qabil Qəniyə məxsus fermer təsərrüfatlarında qeydə alınıb. Ferma sahibinin 6 yaşlı oğlu Qadir ehtiyatsızlıq səbəbindən tüfəngdən atəş açıb. Nəticədə güllə onun 5 yaşlı bacısı Aynurəyə dəyib. Qızcığaz ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etməyə çalışırlar. Faktla bağlı Kürdəmir RPŞ-da araşdırma aparılır(lent.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA