Rəsmi Bakıdan Avropa ittifaqına sərt cavab

img

12-04-2011 [06:21]


Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının bəyanatına cavab bəyanatı ilə çıxış edib. Nazirliyin mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda bildirilir ki, bununla bağlı olaraq Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı Səfir R.Kobia Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəvət olunub və Avropa İttifaqının, ATƏT-in Daimi Şurasının 7 aprel 2011-ci il tarixli iclasında səsləndirilmiş ?Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə? dair bəyanatı ilə əlaqədar Azərbaycan Hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılıb: ?Qeyd olunmuşdur ki, bu bəyanat qeyri-obyektiv, yanlış məlumatlara əsasında tərtib olunmuş, yerlərdə olan reallıqları əks etmədən qərəzli səciyyə daşıyır. Həmin bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir. Qarşı tərəfin nəzərinə çatdırılmışdır ki, Azərbaycan Hökuməti demokratik inkişaf prinsiplərinə sadiq qalaraq, üzv olan beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü müvafiq öhdəlikləri yerinə yetirir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA