Hüsnü Mübarəkin həbs müddəti uzadıldı

img

22-04-2011 [05:09]


Misir baş prokuroru Abdel Macid Mahmud sabiq prezident Hüsnü Mübarəkin həbs müddətini daha 15 gün uzadıb. Hazırda Mübarək Şarm-Əş-Şeyx şəhərindəki xəstəxanada ciddi mühafizə altındadır. O, aprelin 12-də ürəyindəki problemlə əlaqədar bu xəstəxanaya aparılıb. Ertəsi gün Baş Prokurorluq H. Mübarəkin və 2 oğlunun 15 sutka müddətinə həbsi barədə qərar qəbul edib. Onlar korrupsiya, qanunsuz varlanma, xidməti vəziyyətindən sui-istifadə və insanları nümayişçilərə qarşı aqressiv hərəkətlərə təhrik etməkdə ittiham olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA